satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya portalı Azərbaycan bayrağının Laçında ucaldılması barədə məlumatlar yayıb

Yaponiya portalı Azərbaycan bayrağının Laçında ucaldılması barədə məlumatlar yayıb

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan bayrağının Laçın rayonunda ucaldılması barədə məlumatlar yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağının ucaldılması haqqında xəbərlər əksini tapıb.

Məlumatlarda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi barədə etdiyi paylaşım xüsusi yer alıb. Dövlətimizin başçısının bu münasibətlə bütün laçınlıları və Azərbaycan xalqını təbrik etdiyi qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM