Bu ilin ilk 6 ayı müddətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən 700 bioloji istinad nümunəsi 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.
Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə BQXK Bakı Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.
Qeyd edilib ki, bu nümunələr, mümkün ekshumasiya zamanı identifikasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində, 47 ailə üzvünə psixo-sosioloji dəstək göstərilib.
