satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN: "İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir"

Türkiyə XİN: "İraqın təhlükəsizliyi bizim üçün həyati əhəmiyyət kəsb edir"

"Bir müddətdir, İraqın paytaxtı Bağdadda baş verən siyasi proseslər ölkənin sabitliyinə, birliyinə və təhlükəsizliyinə təhdid halına gəlib. Dünya ictimaiyyəti bilməlidir ki, dost və qardaş İraqın sabitliyi və təhlükəsizliyi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan biz zorakılığın bütün İraqa yayılmasından narahatıq"

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

Bəyanatda qeyd olunur ki, Türkiyə bu kontekstdə bütün tərəfləri təmkinli olmağa və sağlam düşüncəyə dəvət edir.

"Ümid edirik ki, mövcud siyasi münaqişələr sülh və inklüziv dialoq yolu ilə həll olunacaq, İraq xalqının sülhü, rifahı təmin ediləcək", - nazirlikdən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM