satellite   Azerspace-1: 11135 H 30000

Prokurorluq: ANAMA əməkdaşının minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Prokurorluq: ANAMA əməkdaşının minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı araşdırma aparılır

Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Qubadlı rayon prokurorluğundan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM