satellite   Azerspace-1: 11135 H 30000

Müdafiə naziri Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimində iştirak edib

Müdafiə naziri Türkiyənin Hərbi Dənizçilik və Təyyarəçilik məktəblərinin buraxılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.

Avqustun 31-də Türkiyə Respublikasının Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

General-polkovnik Z.Həsənov Türkiyədə səfərdə olan digər dövlətlərin nümayəndələri ilə birlikdə hərbi məktəblərin məzunlarının buraxılış mərasimində iştirak edib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM