satellite   Azerspace-1: 11135 H 30000

Fahrettin Altun: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi mücadiləsində media nümayəndələrimiz nümunəvilik göstərdilər

Fahrettin Altun: Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi mücadiləsində media nümayəndələrimiz nümunəvilik göstərdilər

Azərbaycan torpağı Qarabağı Ermənistanın işğalından azad etmək mücadiləsində də media nümayəndələrimiz hadisə yerlərindən real məlumatlar və görüntülər yayaraq yalan təbliğatın qarşısına keçdilər və bunun mümkünlüyünün beynəlxalq ictimaiyyətə çatdırılmasında nümunəvilik göstərdilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Ankarada keçirilən “Müharibə müxbirliyi və böhran bölgələrindən xəbərçilik” Forumundakı çıxışında ifadə edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ilə Anadolu Agentliyi tərəfindən birgə təşkil olunan Forumun məqsəd və vəzifələrindən, eləcə də Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində Türkiyənin yürütdüyü sülh diplomatiyasının əhəmiyyətindən danışan Fahrettin Altun deyib ki, əslində “müharibə müxbiri” anlayışı “sülh müxbiri” mənasını verir. Çünki bu çətin fəaliyyətin məqsədi məhz sülh yaratmaqdır. Bəzən münaqişə və fövqəladə vəziyyət bölgələrindən yayılan bir foto və yaxud görüntü oradakı vəziyyətin taleyinə təsir göstərir.

İdarə rəhbəri Fahrettin Altun Anadolu Agentliyinin və TRT-nin mövzu ətrafındakı çoxistiqamətli fəaliyyətini nümunə olaraq dəyərləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM