satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşdırılmasını müzakirə edib

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşdırılmasını müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə nazir tviterdə yazıb.

"ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh səylərinin perspektivləri ilə bağlı telefon danışığı apardıq. Ölkəmizin regionda sülh və sabitliyin təmin olunmasına sadiqliyini və tam hazır olduğunu bir daha təsdiq etdim”, - paylaşımda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM