Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi dəstəkləyir.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bildirib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 5 prinsip üzərində qurulmasını təklif edib. Politoloq xatırladıb ki, bu prinsiplər bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması, bir-birinə qarşı güc və təhdidin tətbiq edilməməsi, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlər və nəqliyyat kommunikasiyalarının açılması, habelə yenilərinin tikintisidir.
“Onlar Azərbaycan tərəfindən daha əvvəl irəli sürülüb. Rusiya bu 5 prinsipi dəstəkləyir”, - deyə S.Markov vurğulayıb.
