satellite   Azerspace-1: 11135 H 30000

Ordumuzun mövqeləri atəşə tutulub

Ordumuzun mövqeləri atəşə tutulub

Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM