satellite   Azerspace-1: 11135 H 30000

Azad edilən ərazilərdə minaya düşənlərin sayı açıqlanıb

Azad edilən ərazilərdə minaya düşənlərin sayı açıqlanıb

“Azərbaycan dövlətinin əsas prioriteti azad edilən ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtmasıdır. Azad edilən ərazilərdə işlərin görülməsində ən böyük təhlükə minalarla bağlıdır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiyədək həmin ərazilərdə 267 Azərbaycan vətəndaşı minaların qurbanı olub: “Minaların təmizlənməsi istiqamətində işlərimiz davam edir və günbəgün genişlənir. Azad edilən ərazilərdə yenidən infrastruktur qurulur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM