satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir

Ceyhun Bayramov: Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir

Bölgədə yeni imkanların yarandığı, Azərbaycanın genişmiqyaslı quruculuq işləri həyata keçirdiyi bir dövrdə təxribatyönümlü hər hansı addımların atılması, hansısa üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi yolverilməz və qəbuledilməzdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.

Ceyhun Bayramov diqqətə çatdırıb ki, Azərbaycan buna heç bir halda yol verməyəcək və təxribatların qarşısı qətiyyətlə alınacaq. “Ölkəmizin regiona baxışı məlumdur. Bu, beynəlxalq hüquq və normaları əsasında münasibətlərin normallaşdırılmasından ibarətdir", - deyə nazir əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM