satellite   Azerspace-1: 11135 H 30000

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə təsdiq olunub

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə təsdiq olunub

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişikliklərlə bağlı qanun layihəsini üçüncü oxunuşda təsdiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin noyabrın 5-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Sənəd Azərbaycan Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 18 may tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar hazırlanıb.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə görə, şəhid ailələrinin maliyyə dəstəyinin mənbələri artırılıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM