Azərbaycan Ordusu Xocalıda traktora atəş açmayıb.
Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən bildirilib.
"Erməni sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocalı rayonunun Pirlər kəndi istiqamətində mülki traktora guya atəş açılması barədə yayılan məlumatlar yalandır. Bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
