satellite   Azerspace-1: 11135 H 30000

“SOCAR Türkiyə”: “Bir şəhəri deyil, ortaq mədəniyyətimizi geri aldıq” - VİDEO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkəti 8 Noyabr – Zəfər günü münasibətilə yeni çarx çəkib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, kadrlarda 2 il öncəki Qarabağ zəfərinin təkcə Azərbaycan deyil, ortaq türk dövlətlərinin qələbəsi olduğu qeyd edilib:

“Bu ecazkar torpaqlar, bu şairlər, bu nəğmələr, bu şah əsərlər, bu bəxtiyar övladlar, bu şanlı bayraq. Şuşa – Vətəninə qovuşarkən təkcə bir şəhəri deyil, ortaq xalq mahnılarımızı, incəsənətimizi, mədəniyyətimizi geri aldıq.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinin ikinci ildönümünü birlikdə qeyd edirik, çünki biz bir millət, iki dövlətik! Biz birik!

SOCAR "birlikdəyik, güclüyük!” mesajı verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM