Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləş-moblar keçirib.
Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, fləş-moblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şüarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarıbülbül çiçəyi əks olunub.
Fləş-moblarda 800-dən artıq pakistanlı iştirak edib.
