satellite   Azerspace-1: 11135 H 30000

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib

Fransa Azərbaycana yeni səfir təyin edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Fransanın hökumət portalına istinadən xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron noyabrın 9-da müvafiq sərəncam imzalayıb.

Bildirilib ki, Ann Buayon (Anne Boillon) bundan sonra Fransanın Azərbaycandakı səfiri kimi fəaliyyət göstərəcək.

O, bu vəzifədə Zakari Qrossu əvəzləyəcək.

A.Buayon bundan əvvəl Fransanın Avstraliyanın Sidney şəhərində baş konsulu işləyib.

Qeyd edək ki, Z.Qross 2019-cu ildən Fransanın Azərbaycandakı səfiri vəzifəsində çalışırdı. Onun ölkəmizdəki diplomatik missiyası bu ilin sentyabrında başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM