satellite   Azerspace-1: 11135 H 30000

Livan səmasında Azərbaycan bayrağı dalğalanıb

Livan səmasında Azərbaycan bayrağı dalğalanıb

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Livan səmasında Azərbaycan bayrağı dalğalanıb.

Ölkəmizin Livandakı müvəqqəti işlər vəkili Şahin Pənahov Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirib ki, paraşütlə Beyrut səmasına yüksələn Livan vətəndaşı Vassim Sebaali Azərbaycanın dövlət bayrağını dalğalandırıb. Paraşütçü bildirib ki, o, Azərbaycanın Zəfərinə sevinir və bu əlamətdar bayram günlərində xalqımızla həmrəyliyini nümayiş etdirir.

Livanda noyabrın 8-də Zəfər Günü bayramı çərçivəsində İkinci Qarabağ müharibəsində canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə ucaldılmış abidənin də açılışı olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM