satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq

Rəcəb Tayyib Ərdoğan: Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq

Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışında bildirib.

“Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır”, - deyən Türkiyə Prezidenti vurğulayıb: “Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM