satellite   Azerspace-1: 11135 H 30000

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Noyabrın 11-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, görüşdə son zamanlar İran mediasında Azərbaycan əleyhinə aparılan təbliğat, qarayaxma kampaniyası, İran İslam Respublikasının yüksək vəzifəli siyasi və hərbi rəsmilərinin iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun olmayan təhdid xarakterli ritorikaları ilə bağlı narazılıq və narahatlıq qarşı tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın Konstitusiya quruluşunun əsaslarına qarşı cinayət törətmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş Azərbaycan Respublikasının vətəndaşlarının İranda məskunlaşmalarına şərait yaradılmasının qəbuledilməzliyi və cinayətkarların təhvil verilməsinin zəruriliyi bir daha qeyd olunub.

Azərbaycan Respublikasında separatçılığı qızışdıran və cinayət təqibindən yayınaraq digər ölkələrdə gizlənən şəxslərin İran səfirliklərində qəbul edilməsinin qeyri-dost addım olduğu bildirilib.

İranda Azərbaycana qarşı bu kimi məlumatların yayımlanmasının və fəaliyyətin aparılmasının qəbuledilməz olduğu, ən qısa zamanda bunlara son verilməsinin gözlənildiyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM