satellite   Azerspace-1: 11135 H 30000

Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Şuşa şəhəri ilə Cənubi Koreyanın Andonq, Perunun Kusko, Yunanıstanın Korinf tarixi şəhərləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb

Noyabrın 14-də Cənubi Koreyanın Andonq şəhərində Tarixi Şəhərlər Liqasının 18-ci Dünya Konfransının açılış mərasimi keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Koreyadakı səfirliyinin məsul şəxsləri də iştirak edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, noyabrın 16-dək keçiriləcək konfrans "İcmaya əsaslanan gələcəyə yönəlmiş tarixi şəhər" mövzusuna həsr olunub.

Konfrans çərçivəsində tarixi şəhərlər sayılan Cənubi Koreyanın Andonq, Azərbaycanın Şuşa, Perunun Kusko, Yunanıstanın isə Korinf şəhərləri arasında əməkdaşlığa dair dördtərəfli niyyət protokolu imzalanıb.

Həmçinin konfransda iştirak edən Türkiyənin Bursa şəhərinin Osmanqazi bələdiyyəsinin başçısı Mehmet Dündar və Tarixi Şəhərlər Liqasının baş katibi, Yaponiyanın Kyoto şəhərinin meri Daisaku Kadokava ilə də ikitərəfli görüşlər keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM