satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var

Prezident İlham Əliyev: Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında söyləyib.

“Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Buna görə də mən Sizə minnətdaram”, - deyə dövlətimizin başçısı bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM