satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan-Albaniya əməkdaşlığı üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var

Prezident: Azərbaycan-Albaniya əməkdaşlığı üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var

İqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada mətbuata bəyanatında bildirib.

Albaniya Prezidenti ilə qaz sahəsində əməkdaşlıq barədə, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıqlarını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiya sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM