satellite   Azerspace-1: 11135 H 30000

Fələstin Dövlətinin xarici işlər naziri Azərbaycanın Ramallahda Təmsilçilik Ofisi açmaq qərarını alqışlayıb

Fələstin Dövlətinin xarici işlər naziri Azərbaycanın Ramallahda Təmsilçilik Ofisi açmaq qərarını alqışlayıb

Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycan Respublikasının Ramallahda Təmsilçilik Ofisi açması barədə qərarını alqışlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyinə bu dövlətin Xarici İşlər Nazirliyində bildiriblər.

Fələstin XİN-in bəyanatında qeyd olunub ki, rəsmi Bakının bu qərarı ikitərəfli münasibətləri möhkəmləndirmək istiqamətində göstərilən diplomatik səylərdə yeni qələbədir. “Azərbaycan Milli Məclisinin Fələstinlə həmrəylik və xalqımızın hüquqlarını dəstəkləyən bu qərarı Azərbaycanla əlaqələrdə yeni mərhələnin başlanğıcıdır”, -deyə bəyanatda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM