satellite   Azerspace-1: 11135 H 30000

Oktyabr ayında muxtar respublikada qanunsuz yaşayan 38 əcnəbi aşkarlanıb

Oktyabr ayında muxtar respublikada qanunsuz yaşayan 38 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, oktyabr ayında muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 38 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun barələrində müvafiq tədbirlər görülüb. 

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə, 1184 müraciət qeydə alınıb ki, onlardan 569-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib. Hesabat dövründə olduğu yer üzrə qeydiyyatla bağlı 615 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 194-ü elektron poçt üzərindən qəbul edilib.

Həmçinin xidmət tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də aparılıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM