satellite   Azerspace-1: 11135 H 30000

“New Straits Times” qəzeti: Fransa Senatının qətnaməsi Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsir göstərir

“New Straits Times” qəzeti: Fransa Senatının qətnaməsi Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsir göstərir

Malayziyanın nüfuzlu “New Straits Times” qəzeti Fransa senatının qəbul etdiyi qətnamənin Azərbaycan-Ermənistan sülh danışıqlarına mənfi təsir göstərməsi barədə məqalə dərc edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyinin konsulu Elsevər Salmanovun müəllifi olduğu “Fransa Senatının qətnaməsi Azərbaycan-Ermənistan sülh gündəliyinə mənfi təsir göstərir” sərlövhəli məqalədə bu qətnamənin Azərbaycana qarşı böhtan, nifrət, qərəz ehtiva etməsi ilə yanaşı, Cənubi Qafqazda sülhün bərqərar olmasının əngəllənməsi mahiyyətini daşıdığı, habelə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun gəlmədiyi əksini tapıb.

Məqalədə həmçinin Ermənistanın Azərbaycana məxsus əraziləri 30 ilə yaxın bir müddətdə işğal altında saxlamasının səbəbləri barədə də məlumat verilir. Eləcə də, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hüququn tələblərinə uyğun olaraq bu işğala son qoyduğu, Fransa tərəfinin bu narahatlığının səbəblərinin aydın olmadığı bildirilir.

Yazıda eyni zamanda qeyd edilir ki, Ermənistan məhz bu kimi “dəstək” və “cəsarət vermə” nəticəsində regiondan və dünyadan təcrid edilib. Ermənistanın buna inanmaqda davam etməsi, qeyri-konstruktivlik nümayiş etdirərək sülh gündəliyindən uzaqlaşması daha çox bu dövlətin özünə zərər vuracaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM