satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin deputatları ATƏT PA-nın payız sessiyasında iştirak edəcəklər

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev, deputatlar Tural Gəncəliyev, Əminə Ağazadə və Nizami Səfərov qurumun payız sessiyasında iştirak etmək üçün noyabrın 23-də Polşanın paytaxtı Varşavaya səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, sessiyada hərbi münaqişələrin ATƏT regionuna təsirləri, humanitar fəlakət şəraitində əsas insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsələlər müzakirə olunacaq.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək və ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

Noyabrın 26-da isə ATƏT PA Bürosunun iclası keçiriləcək. İclasda ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri Azay Quliyev iştirak edəcək.

Səfər noyabrın 27-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM