satellite   Azerspace-1: 11135 H 30000

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir - FOTOLAR

Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir<font color=red> - FOTOLAR</font> Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir<font color=red> - FOTOLAR</font> Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir<font color=red> - FOTOLAR</font>

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.
Təlimə cəlb olunan birləşmə və hissələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması təmin olunub.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Tapşırıqların icrası ilə bağlı bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir, komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

Komanda-qərargah təlimlərinin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Təlimdə qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM