Müharibədən sonra Laçında 1400-dən çox yeni mina basdırılıb - xarici ölkələrin hərbi attaşeləri erməni terrorunun izləri ilə tanış olublar - FOTOLAR

Müharibədən sonra Laçında 1400-dən çox yeni mina basdırılıb - xarici ölkələrin hərbi attaşeləri erməni terrorunun izləri ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Müharibədən sonra Laçında 1400-dən çox yeni mina basdırılıb - xarici ölkələrin hərbi attaşeləri erməni terrorunun izləri ilə tanış olublar<font color=red> - FOTOLAR</font> Müharibədən sonra Laçında 1400-dən çox yeni mina basdırılıb - xarici ölkələrin hərbi attaşeləri erməni terrorunun izləri ilə tanış olublar<font color=red> - FOTOLAR</font>

Noyabrın 24-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və media nümayəndələri Laçında, Sarıbaba yüksəkliyinin şimal istiqamətində aşkarlanmış və Ermənistan istehsalı olan piyada əleyhinə minaların basdırıldığı əraziyə səfər ediblər. Minalar qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən 44 günlük müharibədən sonra basdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, noyabrın 21-də bölmələrimiz tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətindəki sahədə 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-E fuqas tipli piyada əleyhinə mina zərərsizləşdirilib.

Hərbi attaşelər mina sahəsi aşkar olunan əraziyə baxış keçiriblər. Məlumat verilib ki, burada piyada əleyhinə minalarla yanaşı, hətta tank əleyhinə minalar da basdırılıb. Mühəndis qaydalarına uyğun olaraq, dünyada qəbul olunub ki, minalar basdırılarkən ara məsafəsi 5 metrdən yaxın olmamalıdır. Qanunsuz erməni silahlı birləşmələrinin burada basdırdıqları minaların ara məsafəsi isə 1 metrdir. Yəni, əgər burada partlayış baş verərsə, insan ölümü qaçınılmazdır. Bundan başqa, ərazidə daha bir minalanmış sahə də aşkarlanıb. Sabahdan etibarən həmin sahənin də təmizlənməsinə başlanacaq.

Bildirilib ki, 44 günlük Vətən müharibəsinin nəticəsinə əsasən, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Kapitulyasiya aktı nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardı.

Rəşadətli Azərbaycan Ordusu Laçının cənub hissəsini 44 günlük müharibə ərzində azad etmişdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-dən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycanın nəzarətinə keçdi. Qarabağda yaşayan ermənilər Azərbaycan dövlətinə müraciət ünvanlayaraq, Laçını tərk etmələri üçün onlara 2022-ci il avqustun 25-nə qədər əlavə vaxt verilməsini xahiş etmişdilər. Halbuki, bəzi yerlərdə, o cümlədən Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Azərbaycan humanistlik göstərərək onlara bu imkanı yaratdı. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 21-də Laçına səfər edərək, şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldırdı.

Azərbaycan dövlətinin bu humanist addımına qarşı erməni tərəfi həmin müddətdə təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşəyib və bu minalar müharibədən sonra - 2021-ci ildə basdırılıb. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM