satellite   Azerspace-1: 11135 H 30000

Moldova mətbuatı: Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir

Moldova mətbuatı: Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir

Moldova mətbuatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı açıqlamasını yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Noi.md”, “Dosarmedia” və digər xəbər portallarında nazir Ceyhun Bayramovun fikirləri dərc edilib. Nazirə istinadla vurğulanıb ki, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi tamamilə qəbuledilməzdir. Bu, postmünaqişə dövründə normallaşmaya vurulan ən ciddi zərərdir.

Azərbaycan ərazilərində yenə də 350 mina tapılıb. Avqust ayından bəri 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-ə yaxın mina aşkarlanıb. 2021-ci ildə istehsal olunan minaların Azərbaycan ərazilərinə daşınması yalnız Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bu da üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizinin istifadə qaydalarına ziddir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM