Çavuşoğlu: NATO müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər

Çavuşoğlu: NATO müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər

NATO ölkələrinin xarici işlər nazirlərinin Buxarestə keçirilən toplantısı faydalı oldu. Müttəfiqlərimiz Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında Türkiyədən dəstək istədilər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında ifadə edib.

Nazir diqqətə çatdırıb ki, Avropa daxil olmaqla dünyadakı mövcud enerji böhranı problemlərini həll etmək üçün bu sahədə əməkdaşlığa ciddi ehtiyac var.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM