satellite   Azerspace-1: 11135 H 30000

Yusif Yusifov: "Naxçıvanda təsərrüfat uçotunun təşkili işi təkmilləşdiriləcək" - VİDEO

"Naxçıvanda təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi həm bu sahədə statistikanın təkmilləşdirilməsinə, eyni zamanda digər məqsədlər üçün məlumatların ilkin mənbədən əldə edilməsinə imkan verəcək".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov Naxçıvan televiziyasına verdiyi müsahibədə səsləndirib.

Qeyd edək ki, bu gün Naxçıvan Dövlət Milli Dram Teatrında təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı müşavirə keçirilib. 

Müşavirədə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları, eyni zamanda muxtar respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM