satellite   Azerspace-1: 11135 H 30000

Culfa rayon sakinləri ilə görüş olub

Culfa rayon sakinləri ilə görüş olub

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 5-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Culfa rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.

Əvvəlcə Culfa şəhərindəki şəhidlər abidəsi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.

Səlahiyyətli nümayəndə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını rayon sakinlərinə çatdırıb.

Görüşdə 138 rayon sakininin şikayəti dinlənilib, 273 sakinin yazılı şikayəti isə baxılması üçün götürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM