satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Əraziyə yağan qar aksiyanın gedişinə maneə yaratmayıb - FOTOLAR

Laçın-Xankəndi yolu: Əraziyə yağan qar aksiyanın gedişinə maneə yaratmayıb<font color=red> - FOTOLAR</font> Laçın-Xankəndi yolu: Əraziyə yağan qar aksiyanın gedişinə maneə yaratmayıb<font color=red> - FOTOLAR</font>

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 28 gündür davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Bu dəqiqələrdə könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edir, şüarlar səsləndirirlər. Hazırda əraziyə yağan qar aksiyanın gedişinə heç bir maneə göstərmir.

Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Dünən gün ərzində aksiya ərazisindən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 19 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM