satellite   Azerspace-1: 11135 H 30000

Qənirə Paşayeva Asiya Parlament Assambleyası sədrinin müavini seçilib

Qənirə Paşayeva Asiya Parlament Assambleyası sədrinin müavini seçilib

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (APA) hazırkı sədrinin müavini seçilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası qərar qəbul edib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hazırda APA-nın sədridir.

Komitənin sədri Qənirə Paşayeva jurnalistlərə açıqlamasında əminliklə bildirib ki, Asiya Parlament Assambleyası müasir dünyadakı qlobal problemlərin həlli istiqamətində beynəlxalq ictimaiyyətə faydalı çağırışlar edən, yüksək nəticələr qazanmağa potensialı olan qurumdur. Azərbaycan bu platformanın imkanlarından geniş şəkildə istifadə edərək sülh və inkişaf prinsipində hamı üçün faydalı olan əməkdaşlıq münasibətlərinə yeni töhfələr vermək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM