satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Səhər saatlarında BQXK-ya məxsus iki avtomobil aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolu: Səhər saatlarında BQXK-ya məxsus iki avtomobil aksiya ərazisindən sərbəst keçib

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus iki avtomobilin aksiya ərazisindən keçidi təmin olunub.

Hazırda bu beynəlxalq təşkilata aid avtomobillər Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edirlər.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazi humanitar məqsədli maşınların keçidi üçün tam açıqdır.

Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 30 gündür davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM