satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Aksiya sivil qaydalar çərçivəsində davam edir

Laçın-Xankəndi yolu: Aksiya sivil qaydalar çərçivəsində davam edir

Şuşadan keçən Laçın-Xankəndi yolunda təşkil olunan aksiya bu gün səhər saatlarında da sivil qaydalar çərçivəsində yüksək əzmlə davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndirirlər.

Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini coşqu ilə davam etdirirlər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya ötən il dekabrın 12-dən başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM