satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Sülhməramlılara aid avtomobillər aksiya ərazisindən keçib

Laçın-Xankəndi yolu: Sülhməramlılara aid avtomobillər aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər hər zaman olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara aid iki avtomobilin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə sərbəst hərəkət təmin olunub. Keçirilən aksiya isə humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM