satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən maneəsiz keçidi təmin edilib

Sülhməramlılara məxsus avtomobil karvanının aksiya ərazisindən maneəsiz keçidi təmin edilib

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus on bir avtomobilin Laçından Xankəndi istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, ərazidə maneəsiz hərəkət mütəmadi olaraq təmin olunur. Heç bir siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan, etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM