satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub

Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 17-də Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Şahin Mirzəyev təyin olunub.

Yeni nazir bu vəzifəyədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsində çalışıb. Şahin Mirzəyevi kollektivə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov təqdim ediblər.

Təqdimat zamanı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti geniş təhlil olunub, xidmətin müasir tələblər səviyyəsində yenidən qurulması və əməkdaşların peşəkarlığının artırılması barədə tapşırıqlar verilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM