satellite   Azerspace-1: 11135 H 30000

Aksiyadan əvvəl Ermənistana gedən 26 erməninin Xankəndiyə keçməsinə şərait yaradılıb

Aksiyadan əvvəl Ermənistana gedən 26 erməninin Xankəndiyə keçməsinə şərait yaradılıb

Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, sülhməramlılara məxsus 3 təminat avtomobilinin Laçından Xankəndi istiqamətində hərəkətinə şərait yaradılıb. Həmin avtomobillərdə olan 20-si yeniyetmə olan 26 erməni Xankəndiyə keçib. Onlar Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyadan əvvəl idman yarışında iştirak etmək üçün Ermənistana gedibmişlər.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi təmin olunur. Aksiya heç də siyasi xarakter daşımır, humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM