satellite   Azerspace-1: 11135 H 30000

Sentyabr döyüşlərində sərhədçilərimizin məhv etdiyi Ermənistan ordusunun texnikaları açıqlanıb

Sentyabr döyüşlərində sərhədçilərimizin məhv etdiyi Ermənistan ordusunun texnikaları açıqlanıb

Ötən il 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində deyib.

O bildirib ki, düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM