satellite   Azerspace-1: 11135 H 30000

Mövlud Çavuşoğlu: "Birtərəfli şərtləri nə Ukrayna, nə də Rusiya qəbul edər"

Mövlud Çavuşoğlu: "Birtərəfli şərtləri nə Ukrayna, nə də Rusiya qəbul edər"

"Birtərəfli şərtləri nə Ukrayna, nə də Rusiya qəbul edər".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilk vaxtlardan vasitəçilik səylərini davam etdirir: “Taxıl sazişi”, Zaporojye AES-in təhlükəsizliyinin təmin olunması və s. buna misaldır: “Bunu Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində bacarmışıq. Ukraynada savaş davam edərkən həm də diplomatiya işləyir. Biz ilk vaxtdan Ukraynadakı müharibənin bitməsi üçün çalışırıq.

M.Çavuşoğlu bildirib ki, savaş uzandıqca proses daha mürəkkəbləşir: “Biz düşünürük ki, müharibənin qalibi olmayacaq. Biz ədalətli sülh üçün çalışırıq. Ədalətli sülh üçün müzakirələrin ən qısa vaxtda başlaması çox vacibdir. Türkiyənin səyləri davam etməsə, müharibənin miqyası genişlənə bilər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM