satellite   Azerspace-1: 11135 H 30000

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

UNESCO Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib

UNESCO rəhbərliyi Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş silahlı hücumu pisləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə UNESCO rəhbərliyinin Azərbaycanın təşkilat yanındakı Daimi nümayəndəliyinə ünvanlandığı rəsmi məktubda bildirilib.

UNESCO-nun Baş direktorunun adından göndərilən məktubda Azərbaycan hökumətinə və xalqına rəğbət ifadə olunaraq başsağlığı ifadə edilib. Həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verilib və xəsarət alanların tezliklə sağalması dilənilib.

BMT-nin Azərbaycanın və onun xalqının yanında olduğu bildirilərək, indiki çətin vəziyyətdə diplomatik missiyaya qarşı belə aktların qadağan olduğu vurğulanıb. Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan UNESCO Katibliyinin dəstəyinə tam əmin ola bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM