satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan və İsrail arasında sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 1-də Azərbaycanın DSX rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.

Telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.

Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM