satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin müdafiə naziri: "ABŞ "F-16" məsələsində soyuqqanlı davranmalıdır"

Türkiyənin müdafiə naziri: "ABŞ "F-16" məsələsində soyuqqanlı davranmalıdır"

“Türkiyə region və qlobal sülh üçün nə lazımdırsa edir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2023”ün bağlanış mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "F-16" qırıcılarının tədarükü ilə bağlı proseslər uğurla inkişaf edir: “ABŞ soyuqqanlı davranmalıdır. Bizə "F-16"ların verilməsi ilə həm də NATO güclü olacaq. Çünki güclü Türkiyə güclü Alyans deməkdir".

Nazir xatırladıb ki, İsveç və Finlandiya NATO-ya üzvlük üçün Madrid razılaşmasının tələblərini yerinə yetirməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM