satellite   Azerspace-1: 11135 H 30000

ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib

ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib

ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında ATƏT-dəki 52 nümayəndə İrandakı səfirliyimizə hücumu pisləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tviterdə yazıb.

O bildirib ki, iclasda səfirliyə hücum məsələsi müzakirə olunub.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM