satellite   Azerspace-1: 11135 H 30000

Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub - FOTOLAR

Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub<font color=red> - FOTOLAR</font> Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub<font color=red> - FOTOLAR</font> Pilotsuz uçuş aparatları kursunu bitirənlərə sertifikatlar təqdim olunub<font color=red> - FOTOLAR</font>

N hərbi hissəsində "Pilotsuz uçuş aparatlarının (PUA) operator-pilot və texnik kursu"nu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə çıxış edənlər PUA-nın İkinci Qarabağ müharibəsində effektiv tətbiqindən danışıblar, kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Bildirilib ki, kurs zamanı dinləyicilərə PUA-nın sökülüb-yığılması, praktiki uçuşların icrası, həmçinin uçuş və kəşfiyyatın aparılmasının növləri üzrə məşğələlər keçirilib. Bununla yanaşı, hərbi qulluqçular müxtəlif ərazi relyeflərində hava kəşfiyyatı apararaq şərti düşmənin yerüstü hədəflərinin koordinatlarının təyin edilməsi və əldə edilən məlumatların idarəetmə məntəqələrinə ötürülməsi üzrə nəzəri və praktiki vərdişləri mənimsəyiblər.

Qeyd edək ki, kurs zamanı dərslər Vətən müharibəsi və son döyüş əməliyyatlarında qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM