satellite   Azerspace-1: 11135 H 30000

Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri geri dönüb

Səhər saatlarında Laçın istiqamətinə gedən BQXK-nın avtomobilləri geri dönüb

Xəbər verdiyimiz kimi, ekoaksiyanın iştirakçıları fevralın 4-də səhər saatlarında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaratmışdılar.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Laçın istiqamətindən gələn BQXK-ya məxsus yeddi minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən geriyə - Xankəndiyə doğru hərəkəti təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM