satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkəti intensivləşir

 Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillərin hərəkəti intensivləşir

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən intensiv hərəkət edirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Rusiya sülhməramlılarına məxsus daha üç nəqliyyat vasitəsi, bir təminat və iki hərbi təyinatlı avtomobilin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 29-a çatıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM