satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların 11 avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb

Sülhməramlıların 11 avtomobilinin Xankəndiyə maneəsiz keçidinə şərait yaradılıb

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Laçından Xankəndi istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus səkkiz təminat-təchizat və üç minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Qeyd edək ki, bununla da bu gün səhərdən indiyədək Laçın-Xankəndi yolunda aksiyanın təşkil olunduğu ərazidən keçən avtomobillərin sayı 47-yə çatıb.

Bu, bir daha onu göstərir ki, ekoloji aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM